Eldar və Nigar “NarMobile”ın yeni siması oldu - FOTO
06 iyul 2011 12:56 (UTC +04:00)

Eldar və Nigar “NarMobile”ın yeni siması oldu - FOTO

Lent.az-ın məlumatına görə, onlar bu gün “NarMobile” ticarət nişanının sahibi olan “Azərfon” MMC ilə eksklüziv müqavilə imzalayıblar. Şirkətin kommersiya məsələləri üzrə baş müdiri stefan Teyssedrin sözlərinə görə, “NarMobile” Azərbaycanda “3G” texnologiyaları təklif edən ilk və tək mobil operatordur: “Hər zaman daha da irəli getməklə Azərbaycan telekommunikasiya sektorunun dinamik inkişaf simvoluna çevrilməkdəyik. Eldar və Nigar isə bütün Azərbaycanın qalibiyyət simvollarıdır. Buna görə də bağlanan əməkdaşlıq müqaviləsi məntiqlidir”.


Öz növbələrində Eldar və Nigar da “NarMobile”la əməkdaşlıq etməkdən məmnun olduqlarını bildiriblər. Onlar artıq şirkətin “3G” xidmətindən istifadə etdiklərini və bağlanan müqavilənin də “NarMobile”la əməkdaşlığın məntiqi davamı olduğunu qeyd ediblər.

Lalə YUSİFQIZI
# 1175

Oxşar yazılar