Neft ucuzlaşıb
05 iyul 2011 10:42 (UTC +04:00)

Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Yunanıstanın qismən defolt elan edilməsindən sonra düşüb.

Londondakı “ICE” birjasında Brent markalı neft 0,38 dollar ucuzlaşaraq 111,39 dollar olub. ABŞ-da isə Müstəqillik Gününün bayram edilməsi ilə əlaqədar alqı-satqı keçirilməyib.
# 480

Oxşar yazılar