Keyfiyyətsiz sərinləşdirici içki istehsal edən müəssisə aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, ev 7 ünvanında Məhərrəm Nəsibova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı sərinləşdirici içkilərin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, məhsulların etiketində istehsal tarixi kimi məhsulun faktiki istehsal tarixindən sonrakı tarixlərin qeyd olunduğu, habelə məhsulların istehsalında mənşəyi məlum olmayan qatqılardan, qablaşdırılmasında isə mənşəyi məlum olmayan polietilen butulkalardan istifadə olunduğu müəyyən edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı müəssisənin anbarında üzərində istehlakçıları çaşdıran yanlış məlumatlar (istehsalçının adı, ünvanı, həcmi) əks olunmuş 47,8 kq sərinləşdirici içki etiketləri aşkar olunub.
Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də müvafiq respetura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 270 litr sərinləşdirici içkinin, mənşəyi məlum olmayan 250 ədəd polietilen butulkanın və 35 kq qatqının, üzərində istehlakçıları çaşdıran yanlış məlumatlar əks olunmuş 47,8 kq etiketlərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Məhərrəm Nəsibova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28