Şəmkir SES-də sel sularının qəbulu və ötürülməsinə hazırlıq işləri görülür
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, proqnozlaşdırıldığından 3 milyon kilovatsaat çoxdur. Bu ilin I rübü ərzində isə 187 milyon kilovatsaat proqnoza qarşı, 192,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. Bunun 129 milon kilovatsaatı “Şəmkir” SES-in payına düşür. Digər elektrik stansiyalarında olduğu kimi “Şəmkir” və “Yenikənd” su elektrik stansiyalarında da enerjitəchizatı müəssisələrinin elektrik enerjisinə olan tələbatının daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə müvafiq təmir işləri görülmüş və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Hər iki stansiyada avadanlıqlara texniki xidmət işbilən və bacarıqlı mütəxəssislərimiz tərəfindən aparılır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunur.
“Şəmkir” SES-də işdə olan, ümumi gücü 380 MVt təşkil edən 2 hidroaqreqat hazırda saz vəziyyətdədir. 1 saylı hidroaqreqat cari təmir olunub. Açıq paylayıcı quruluşda 330-110 kV-lik hava açarlardan 4 ədədi eleqaz açarla əvəz edilib. “Yenikənd” SES-də isə hər birinin gücü 37,5 MVt olan 4 ədəd hidroaqreqatdan 2-i orta təmirdən çıxıb və hazırda saz vəziyyətdə işləyir. Qalan hidroaqreqatlarda isə qrafik üzrə cari təmir işləri aparılmaqdadır.
Hazırda hər iki SES-də 2011-ci ilin yaz-yay sel sularının qəbulu və ötürülməsinə hazırlıq işləri görülür.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28