“TBC Kredit” 2011-ci ilin birinci rübünün nəticələrini yekunlaşdırdı
20 aprel 2011 15:36 (UTC +04:00)

“TBC Kredit” 2011-ci ilin birinci rübünün nəticələrini yekunlaşdırdı

Belə ki, 1 aprel 2011-ci il tarixinə olan məlumata əsasən, “TBC Kredit”in kredit portfeli 2010-cu ilin sonuna olan göstəricilərlə müqayisədə 11% artıb və 21 milyon dollar təşkil edib.
Keçən ilin sonlarından başlayaraq kompaniya faiz dərəcələrini aşağı salaraq, kreditləşmənin məbləğini və müddətini artıraraq öz müştərilərinə bütün növ kreditlər üzrə daha əlverişli şərtlər təklif etməyə başlayıb. Belə ki, “Təcili Pul” girovsuz kreditlərinin məbləği və müddəti iki dəfə artırılıb. Bu kreditin indi maksimal məbləği 10 min manat, müddəti isə 24 ay təşkil edir.

2011-ci ilin əvvəlindən etibarən kompaniyanın öz ipoteka proqramı çərçivəsində verilən ipoteka kreditlərinin illik faiz dərəcəsi 14%-dək aşağı salınıb. Əhaliyə mənzil alışı və təmiri, şəxsi ev tikintisi, torpaq sahəsinin alışı üçün kreditlər təklif olunur. Bununla yanaşı, kreditin maksimal məbləği 200 min dollar, müddəti isə 10 il təşkil edir.

Kompaniyanın kredit portfelinin yarısını təşkil edən biznes kreditləri də bazarda rəqabətə qabiliyyətliliyi ilə seçilir. Bu məhsul üzrə də faiz dərəcəsi aşağı salınıb və orta illik 22% təşkil edib. Biznes kreditlərinin maksimal məbləği 500 min manata çatır.

Biznes kreditləri portfelinə kiçik biznesə verilən mikrobiznes kreditləri də daxildir ki, onlar da həmçinin girovsuz verilir. İndi girovsuz mikrobiznes kreditlərinin maksimal məbləği 10 min manata çatır.

1 aprel 2011-ci il tarixinə kredit portfelinin həcmi 2237 aktiv müştəri ilə 21 milyon dollara çatıb. Portfelin 51%-ni təşkil edən biznes kreditləri üstünlüyə malikdir ki, onun da təxminən 30%-i mikrobiznes kreditləşməsi çərçivəsində verilən kreditlərin payına düşür.

“TBC Kredit”in biznes fəaliyyətinin sabitliyi hər şeydən əvvəl yüksək xidmət səviyyəsi ilə səciyyələnir. Kompaniyanın üstünlüyü müştərilərin ehtiyaclarını tam bilməsi və dərindən anlamasındadır. “TBC Kredit” bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir.

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a (Gürcüstan), 25%-i isə “ShoreBank International Ltd” (ABŞ) şirkətinə məxsusdur.
# 601

Oxşar yazılar