Şamaxının su təchizatı yaxşılaşdırılır
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dünya Bankının ayırdığı kredit hesabına həyata keçirilən layihəyə uyğun olaraq, Pirsaat çayının Şamaxı şəhəri yaxınlığından keçən hissəsinin sahilində tutumu 500 kub metr olan 2 anbar, xlorlama məntəqəsi, qovşağı sel sularından qorumaq üçün xüsusi bənd inşa olunub.
Çayın yatağından suyun anbara yığılması üçün üfüqi drenaj üsulu ilə 7 metr dərinlikdə 2100 metr uzunluğunda şüşə lifli (GRP) boru xətt çəkilib. Layihənin icrası Şamaxı şəhəri və Sabir qəsəbəsinin içməli suya olan tələbatını qarşıdakı 20 ildə tam ödəyəcək. Sugötürücü qovşaq və baş su təchizatı qurğularının tikintisi Şamaxı şəhərinin su təchizatı və kanalizasiya xidmətlərinin yenidən qurulması layihəsinin 1-ci mərhələsidir. 2-ci və 3-cü mərhələlərdə isə Şamaxı şəhərində 4 yeni su anbarı, şəhər supaylayıcı şəbəkə, kanalizasiya şəbəkəsi və çirkab su təmizləyici qurğu inşa olunacaq.
Qeyd edək ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1” 14 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Oxşar yazılar

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21