Parlament Hesablama Palatasının hesabatını təsdiq etdi
Lent.az-ın məlumatına görə, o bildirib ki, Hesablama Palatası 2 il əvvəl 21, ötən il 31, bu il isə 41 yoxlama aparıb. Onun sözlərinə görə, hesabat dövründə yalnız yoxlamaların sayını yox, onların əhatə dairəsini genişləndirməyə çalışıblar.
Dövlət Neft Fondunda aparılan monitorinqlərə toxunan Əsədov bildirib ki, Azərbaycanın valyuta ehtiyatları çox etibarlı formada yerləşdirilir, onların yerləşdirilməsində və istifadə edilməsində heç bir təhlükə yoxdur.
“Bu gün Neft Fondunun 26.5 milyard dollar vəsaitinin 61 faizi vəsaiti AAA reytinqli fondlarda, 17 faizi isə AA reytinqli fondlarda saxlanılır. Düzdür, bunların gəlirliliyi azdır. Amma böhran şəraitində biz valyuta ehtiyatlarımızı müdafiə etməklə məşğul oluruq. Hesablama Palatasının aşkara çıxardığı nöqsanlar ənənəvidir. Bunlar əsasən satınalmalarla, mənzil-kommunal xidmətləri sahəsində normativlərin yerinə yetirilməməsi, təsərrüfat sahələrində insanların yol verdiyi nöqsanlarla və digər məsələlərlə bağlıdır” - deyə, Palata sədri bildirib.
H.Əsədov yoxlamalar zamanı aşkar edilən yeyintilərin qlobal miqyasda olmadığını deyib.
Milli Məclisin iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası hesabat dövründə 60-a yaxın auditi əhatə edir. “Əvvəllər bu 20 idi, bunun 3 dəfə artması Palatanın işinin mükəmməl qurulması ilə bağlıdır” - deyə, komitə sədri məsələyə münasibət bildirib.
Müzakirələrdən sonra 97 nəfər lehinə, 3 nəfər əleyhinə və 1 millət vəkili də bitərəf olmaqla, hesabat təsdiq olunub.
Mübariz Aslanov

Oxşar yazılar

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21