Azərbaycan-İordaniya biznes forumu başa çatıb
Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan və İordaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, 50-ə yaxın sahibkar iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və İordaniya arasında işgüzar əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmaqla iordaniyalı iş adamları qeyri-neft sektorunda müxtəlif layihələrin icrasında iştirak edə biləcəyini bildirib.
AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizdəki biznes və investisiya imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) icraçı direktoru Yarub Qudah iordaniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini vurğulayıb, sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüşlərin əhəmiyyətini qeyd edib.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Biznes forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İordaniya Haşimilər Krallığının Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Oxşar yazılar

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21