“Azərsu”da islahatlar başladı
“Azərsu” Səhmdar Cəmiyyətinə tabe olan qurumlarda idarəetmə və infrastruktur islahatlarına başlanıb. İslahatlar çərçivəsində bir neçə qurum ləğv edilərək vacib bir strukturda cəmləşib.
Səhmdar Cəmiyyətin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, ətraf kənd və qəsəbələr, həmçinin regionlarda su kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi məqsədilə “Azərsu”da yeni departament və şöbələr yaradılıb. Belə ki, Səhmdar Cəmiyyətin idarəetmə aparatında 4 yeni departament fəaliyyətə başlayıb. Tikinti, Kommersiya, Təchizat və Su mənbələrinin işlənməsi və magistral su kəmərləri departamentləri, Strateji İnkişaf, beynəlxalq layihələrin təminatı, daxili audit, keyfiyyətə nəzarət, elm və texnika şöbələri də daxil olmaqla yeni struktur bölmələri formalaşdırılıb.
İdarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azərsu” ASC sədinin əmri ilə aprelin 1-dən Bakı Su Kəmərləri İstismar İdarəsi, Bakı Kanalizasiya Xidməti İdarəsi və Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satışı müəssisəsi ləğv edilərək, onların bazasında yeni Bakı Su-Kanal İdarəsi yaradılıb.
“Azərsu”da bildirirlər ki, islahatlar çərçivəsində 3 müəssisə ləğv edilərək vahid bir qurumun təşkili iş yerlərinin sayının azalmasına və işçilərin sayının azalmasına gətirib çıxarmayacaq.
Elxan SALAHOV

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19