Xaçmazda inşa olunan soyuducu anbarın tikintisi dayandı - FOTO
Xaçmaz rayonunun Ağaşirinoba kəndi ərazisində inşa olunan soyuducu anbarda tikinti işləri dayanıb. Buna səbəb burda çalışan şəxslərin əməkhaqqı ala bilməmələridir. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 13-dək tikintidə çalışan şəxs 2 ayın əməkhaqqını ala bilmir. Şikayətçilər deyir ki, etiraz əlaməti olaraq işi dayandırıblar və 4 aydır ki, işləmirlər.
Tikintinin iş icraçısı Babək Pirverdiyev Lent.az-a bildirib ki, aprel ayının 15-ə kimi işçilərə əməkhaqqıları veriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Lent.az-a bildirib ki, soyuducu anbar, əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun krediti hesabına olmaqla tikilir. Fond ayırdığı vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət emək üçün mütəmadi monitorinqlər keçirir.
Abbas Əliyev işçilərin əməkhaqqının verilməməsi və işin dayandırılması barədə onlarda məlumat olmadığını deyib. O, məsələni araşdıracaqlarını bildirib.
Vəli Turan

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19