Fitch Ratings DəmirBank-ın reytinqini yenidən təsdiqlədi
Fitch Ratings agentliyinin rəyinə əsasən, DəmirBank-ın balansı hazırda daha çox dayanıqlıdır. Bu isə Bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması, problemli kreditlərin artımı ehtimalının az olması və əlaqəli tərəflərin daha az kreditləşməsi ilə bağlıdır.
DəmirBank həmçinin daha inkişaf etmiş korporativ idarəetməyə malikdir, Bankın səhmdarları sırasında isə beynəlxalq maliyyə təşkilatları təmsil olunur. Agentliyin hesabatına əsasən, DəmirBank aktivlərin keyfiyyəti üzrə də yaxşı göstəricilərə malikdir. Bankda müştəri depozitlərinin artımı, beynəlxalq maliyyə təşkilatlarından vəsaitlərin cəlbi, bank sistemində likvidlik göstəriciləri və iqtisadiyyatın inkişafı perspektivləri reytinqlərə müsbət təsir etməkdədir.
Agentliyin hesabatına əsasən Bankın mənfəətinin artımı, aktivlərin keyfiyyəti və kapitallaşma səviyyəsinin isə zəruri həddə saxlanması şəraitində DəmirBank-ın reytinqləri daha da yüksələ bilər.
“DəmirBank Fitch Ratings agentliyindən ilk dəfə 2004-cü ildə beynəlxalq reytinq alıb, bununla da Azərbaycanda beynəlxalq reytinq almış ilk özəl bank olub. Bank mütəmadi qiymətləndirmə təcrübəsinə uyğun olaraq Fitch Ratings tərəfindən yenidən qiymətləndirilmişdir. Yenidən təsdiq edilmiş reytinqlər Bankın davamlı inkişafını və gələcək perspektivlərini əks etdirir” – deyə Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19