Bakıda iməcilik keçirilib - FOTO
APA-nın məlumatına görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BMT-nin Azərbaycan üzrə rəhbərliyi, nazirliyin əməkdaşları və QHT nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən nazir H. Bağırov bildirib ki, BMT-nin Baş Assambleyası 2011-ci ili “Beynəlxalq Meşələr İli” elan edib. Əsas mövzusu “İnsanlar üçün meşələr” olan “Beynəlxalq Meşələr İli”nə rəsmən fevralın 2-də start verilib. İməcilik aparılan 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min m3 torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə artıq zeytun ağacları əkilib. İməcilik zamanı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Nazir deyib ki, dünyada meşələrin sayı sürətlə azalır, amma Azərbaycanda bu prosesin qarşısı alınıb: “Dağ rayonlarında insanların meşələrdən odun kimi istifadə etməsi xeyli məhdudlaşıb. Dağ rayonlarında meşə bitən yerlər mal-qaradan qorunmaq üçün hasarlanır və o ərazilərdə qısa zaman ərzində təbii bərpa yolu ilə meşələr yaranır. Nəticədə son 10 ildə meşələr Azərbaycan ərazisinin 0,4 faizi qədər artıb. Bu faktdır”.
Nazir xatırladıb ki, hazırda Azərbaycanın ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. Ölkənin meşə ehtiyatlarının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 m3 oduncaq düşür. Bu il nazirlik tərəfindən 10500 hektar sahədə meşəbərpa tədbirləri, 161 ton toxum tədarükü və 30 milyon ədəd əkin materiallarının yetişdirilməsi nəzərdə tutulub.

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19