Azərbaycandan Misirə turist səfərləri bərpa edildi
01 aprel 2011 14:03 (UTC +04:00)

Azərbaycandan Misirə turist səfərləri bərpa edildi

Aparıcı turizm şirkətlərindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda Misirdə vəziyyət stabilləşib və bir çox ölkə Misirin Qahirə, Şarm-əl-Şeyx, Xurqada kimi kurort şəhərlərinə uçuşları və turpaketlərin satışını bərpa edib: «Azərbaycandan Misirə hazırda çarter aviareysləri olmasa da, Moskva və İstanbul şəhərlərindən Misirə tranzit uçuşları təklif edirik. Ümumiyyətlə, Bakıdan Misirin kurort şəhərlərinə çarter aviareysləri ildə iki dəfə olur ki, bu da Yeni il və Novruz bayramları ərəfəsində həyata keçirilir».


Turizm şirkətlərindən həmçinin bildirilib ki, hazırda Azərbaycandan sözügedən kurort şəhərlərində istirahət etmək istəyənlərin sayı bir o qədər də çox deyil: «Ötən illə müqayisədə Misirin kurort şəhərlərinə turpaketlərin qiymətlərinin artması müşahidə olunmasa da, bu şəhərlərdə istirahətə tələbat demək olar ki, yoxdur».


Qeyd edək ki, hazırda Misirin kurort şəhərlərində iki nəfərlik bir həftəlik istirahətin qiyməti təxminən 1 500-3 500 manat təşkil edir (aviabilet və hotel daxil).


Xatırladaq ki, 2011-ci ilin əvvəlində Misirdə ölkə prezidentinin istefasının tələbi ilə bağlı iğtişaşlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan bu ölkəyə turpaketlərin satışını və aviareyslərin həyata keçirilməsini dayandırıb. Azərbaycan mart ayında planlaşdırdığı Bakı-Şarm-əl-Şeyx-Bakı və Bakı-Xurqada-Bakı çarter aviareyslərini sözügedən səbəbə görə yerinə yetirməyib.
# 1111

Oxşar yazılar