AXA MBASK "Uğur" Milli Mükafatı ilə təltif edilib
30 mart 2011 09:27 (UTC +04:00)

AXA MBASK "Uğur" Milli Mükafatı ilə təltif edilib

Buna ötən ilin oktyabr ayında baş vermiş, Azərbaycan sığorta bazarı üçün əlamətdar olan bir hadisə - MBASK Sığorta Şirkətinin özünün əsas səhmdarını dəyişməsi səbəb olub. Şirkətin səhmlərinin nəzarət qovluğu (51%) dünyanın ən iri sığorta şirkəti - AXA Group (Fransa) tərəfindən, özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsi ilə satın alınıb.

AXA Group – maliyyə müdafiəsi sahəsində dünya lideridir, o öz fəaliyyətini dünyanın 57 ölkəsində, fəaliyyətini daha çox Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə cəmləşdirməklə həyata keçirir.

Bu gün “gəlir” xanasında olan 90 milyard Avro ilə, habelə “mənfəət” xanasında olan 3,5 milyard Avro ilə, şirkət dünyanın ən iri sığorta şirkətlərinin reytinqində birinci sətirdə yerləşir və maliyyə yatırımlarının sığortalanması sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan vəziyyət üçün, şirkətdə 210 min nəfər əməkdaş işləyirdi, onun bütün dünya üzrə müştərilərin sayı isə 96 milyona çatırdı. 2009-cu ilin yekununa görə, nüfuzlu AM Best maliyyə agentliyinin mülahizəsinə əsasən, AXA xalis mükafatların həcminə görə dünyanın ən iri sığortaçısı olub.

Nəhəng Qlobal Qrupun bir hissəsi olmaq etibarı ilə, AXA MBASK Sığorta Şirkəti, ötən ildən şirkətin mövcud olan biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiq olunması prosesinə başlayıb.

Beləliklə, satışların sığorta agentlikləri və agentlər şəbəkəsi vasitəsi ilə inkişaf etdirilməsi planını həyata keçirərək, şirkət tərəfindən ən qısa müddətdə bütün Azərbaycan üzrə, fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit təşkilatları ilə, sığorta olunmanın bütün növləri üzrə işləməyə istiqamətlənmiş sığorta polislərinin beş yeni satış məntəqəsi açılıb.

Bundan əlavə, AXA MBASK, “müştərilərə xidmət göstərilməsinə yeni yanaşma”nı həyata keçirərək, özünün Həzi Aslanov küçəsi, 80/9 ünvanında yerləşən Bakı Ofisini müştərilərlə yeni – istirahət günləri olmayan iş rejiminə keçirib. Həmçinin, AXA MBASK-ın hər bir müştərisinə, istənilən arzu, təklif və ya şikayətlə şirkətə xüsusi (012) 415 55 00 telefon nömrəsi ilə müraciət etmək və ya clientcare@axambask.az ünvanına elektron məktub göndərmək imkanı verən yeni “Client Sare” xidməti işə salınıb və onun istəyi, təklifi və ya şikayəti 24 saat ərzində şirkətin mütəxəssisləri və rəhbərliyi tərəfindən ciddi-cəhdlə nəzərdən keçiriləcək.

Hazırda beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə şirkətin biznes proseslərinin tam avtomatlaşdırılması üçün yeni proqram təminatının işlənməsi yerinə yetirilir.

“UĞUR” mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan Consulting&Business jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan Consulting&Business jurnalı, Azərbaycan iqtisadçılarının, siyasətçilərinin, menecerlərinin və işgüzar adamlarının ən populyar jurnalı olub. Mükafat öz sektorunun flaqmanı olan, özünün fəaliyyət göstərdiyi sahədə əhəmiyyətli nailiyyətlər əldə edib və Azərbaycanın inkişafına nəzərə çarpan dərəcədə pay vermiş təşkilatlara, şirkətlərə, görkəmli şəxsiyyətlərə verilir.
# 641

Oxşar yazılar