DəmirBank Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə korporativ idarəetmə standartlarını təkmilləşdirir
29 mart 2011 17:06 (UTC +04:00)

DəmirBank Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə korporativ idarəetmə standartlarını təkmilləşdirir

Bu razılaşma çərçivəsində, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən DəmirBankın korporativ idarəetmə təcrübələri qiymətləndiriləcək, onların təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.

Razılaşmaya əsasən Bankın müşahidə şurasına, rəhbərliyinə və əsas səhmdarlarına məsləhət xidmətləri təqdim ediləcək və təlimlər keçiriləcək. Beynəlxalq Maliyyə Korporasiyası DəmirBank-a sənədlərin təkmilləşdirilməsində, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsində, daxili nəzarət və daxili audit funksiyalarının yaxşılaşdırılmasında yardım edəcək.

Qeyd edək ki, bu, DəmirBank və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanan məsləhət xidmətləri barədə ikinci razılaşmadır. 2010-cu ilin may ayında Kredit portfelinin idarə edilməsi, Risklərin idarə edilməsi, Menecment İnformasiya Sistemi, İnsan Resurslarının idarə edilməsi, Daxili auditin inkişafı istiqamətlərində məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutan razılaşma imzalanmışdır və hal-hazırda bu istiqamətlərdə intensiv işlər aparılır.

Bundan əlavə, DəmirBank Beynəlxalq Maliyyə Korporasiyası ilə Qlobal Ticarətin Maliyyələşməsi Proqramı, Mikro və Kiçik Sahibkarlığın maliyyələşdirilməsi və İpoteka kreditləşməsi üzrə də geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə Banka ayrılan kredit xətlərinin ümumi həcmi 15 mln. ABŞ dolları təşkil edir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
# 516

Oxşar yazılar