Neft bahalaşmaqda davam edir
23 mart 2011 10:11 (UTC +04:00)

Neft bahalaşmaqda davam edir

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin bahalaşması etiraz aksiyalarının ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanına keçməsi narahatlığı ilə bağlıdır.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,67 dollar qalxaraq 104 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,74 dollar yüksələrək 115,70 dollar təşkil edib.
# 519

Oxşar yazılar