Naxçıvanda avtomat sürət qutulu avtomobillər istehsal olunacaq
Bu barədə “APA-ECONOMICS”ə NAZ-ın satış və marketinq departamentinin rəhbəri Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, 2010-cu ildə zavodda 500 ədəd “Lifan” markalı avtomobil yığılıb: “Bunlar “NAZ-Lifan 320”, “NAZ-Lifan 520”, “NAZ-Lifan 520i” və “NAZ-Lifan 620” yığılıb. Hazırda zavodda yalnız mexaniki sürət qutusu ilə avtomobillər yığılır. Lakin bu ildən avtomat sürət qutusu ilə də avtomobil istehsalını nəzərdə tuturuq. Gələn ildən isə ağır yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin yığılmasına başlanacaq”.
Qeyd edək ki, hazırda Bakı və Naxçıvanda NAZ-ın satış və servis mərkəzləri fəaliyyət göstərir. Yaxın gələcəkdə isə Gəncə, Sumqayıt və Şamaxı şəhərlərində də bu mərkəzlərin açılması planlaşdırılır.
Qeyd edək ki, NAZ 2010-cu ilin yanvar ayından fəaliyyət göstərir. Hazırda zavodda yığılan avtomobillərin satış qiyməti 8400-12600 manat təşkil edir.

Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19