Yararsız uşaq yeməkləri mağazalardan yığışdırılıb
Sumqayıt və Xaçmaz şəhərlərindəki bir sıra mağazalarda Nestogen”, “Hipp”, “Nestle” uşaq yeməklərinin satışına qadağa qoyulub
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Sumqayıt və Xaçmaz şəhərlərində keçirdiyi monitorinq zamanı növbəti dəfə yararsız qida məhsulları aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, dünən Sumqayıt şəhərində “Qayalı market”, “Gülşən market”, “Firuz market”, “Şahdağ market”, “Ruzi market”də, Rəşid Rəşidova məxsus “Ay işığı” topdansatış obyektində və Xaçmaz şəhərində Pərvanə Quliyevaya məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilib. Bunların arasında “Nestogen”, “Hipp”, “Nestle” uşaq yeməkləri, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları üstünlük təşkil edib. Həmin mağazalarda aşkar olunmuş bütün yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdə bildirirlər ki, qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.
Xatırladaq ki, mayın 17-dən - “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun qüvvəyə mindikdən sonra yarasız qida məhsulları satdığına görə 18 hüquqi şəxsə 68,5 min manat, 87 fiziki şəxsə 131 min manat cərimə tətbiq olunub.
Elxan SALAHOV

Oxşar yazılar

Yanğına görə 9 kəndin qazı kəsildi
15 avqust 2022 , 21:14
“Bizim evdə “Final” var” Lənkəran və Astarada® - FOTO
15 avqust 2022 , 12:28
"Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı®
15 avqust 2022 , 10:29
AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir
15 avqust 2022 , 10:05Rusiyanın Krımda məhv edilən təyyarələrinin dəyəri AÇIQLANDI - VİDEO
12 avqust 2022 , 16:07
"Azəriqaz" yeddi aylıq hesabatını TƏQDİM ETDİ
12 avqust 2022 , 15:59
"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib®
12 avqust 2022 , 11:44