Mübariz Mənsimovun 7 ulduzlu oteli təhlükədə
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulda tikdirdiyi 7 ulduzlu otellə bağlı bəzi problemlər ortaya çıxıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Palmali” Şirkətlər Qrupunun sahibi İstanbulda 2003-cü ildə terrorçular tərəfindən partladılan HSBC (İngiltərə bankının Türkiyə filialı) binasının ərazisini satın alıb. İş adamı İstanbul Bələdiyyəsindən müvafiq icazə almadan həmin ərazidə 7 ulduzlu otel tikdirməyə başlayıb.
Tikinti Beşiktaş rayonu ərazisində aparılır. Rayon bələdiyyəsindən Mənsimovun lazımi sənədləri təqdim etmədiyini və inşaat üçün razılıq almadığını təsdiqləyiblər. Bələdiyyədən bildirilib ki, bu səbəbdən tikinti dayandırılıb. Ancaq Türkiyə KİV-i ərazidə inşaatın davam etdiyi foto-şəkillərlə təsdiq edib.
Qeyd edək ki, ultra lüks otelin damında vertolyot meydançası tikilməsi nəzərdə tutulub.

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44