Taxıl yığımı başlayıb
Bu il 2,2 milyon ton ərzaq buğdasının istehsal olunacağı gözlənilir
Azərbaycanda taxıl biçimi mövsümünə start verilib. Bu il ilk olaraq Aran bölgəsində buğda zəmilərinin biçilməsinə başlanıb. Arpa sahələrində məhsul yığımı isə ölkənin demək olar ki, bütün bölgələrində davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il taxıl yığımı 800 min hektar ərazidə aparılacaq. Təxmini hesablamalara görə, mövsüm ərzində zəmilərdən 2,2 milyon ton ərzaq buğdası tədarük olunacaq. Bu isə ötən illə müqayisədə 400 min ton çoxdur.
O ki, qaldı yeni mövsümdə taxılın qiymətinin artıb-artmayacağına, nazirlik rəsmiləri bunu istisna etmirlər. Nazirliyin idarə rəisi Sabir Vəliyev deyir ki, hələlik bazarda qiymət artımı qeydə alınmayıb. Onun sözlərinə görə, indi fermerləri narahat edən əsas problem – taxılı kimə satmaq məsələsi həll olunub.
“Bu il fermerlər taxılı satmaqda ciddi çətinlik çəkməyəcək. Çünki dövlət özü fermerlərdən pulla taxıl alacaq. Bu, fermerlər üçün əlavə alıcı deməkdir. Həm də dövlət taxıl ehtiyatı yığmaqla gələcəkdə baş verə biləcək qiymət artımının qarşısını alacaq” - deyə, Sabir Vəliyev bildirib.
Xatırladaq ki, mayın 1-dən etibarən xaricdən gətirilən taxıla 18 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur. ƏDV-nin tətbiqindən sonra ölkədə taxılın qiymətinin artdığı və bahalaşmanın sürətlənəcəyi deyilsə də, Kənd Təsərrüfatı Nazirliyi narahatçılıq üçün ciddi əsas görmür. Nazirliyin hesablamalarına görə, son 10 ildə ən yüksək taxıl istehsalı məhz bu il olacaq. Bu il ümumilikdə isə 3 milyon tondan artıq taxıl tədarük ediləcəyi gözlənilir ki, bunun da 2,2 milyon tonunu ərzaq buğdası təşkil edəcək.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29