Dəniz Administrasiyasının rəhbərliyi İsgəndəriyyəyə gedir
Misirdə Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyası İdarə Heyətinin toplantısı keçiriləcək
Mayın 18-20-də Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyası İdarə Heyətinin 13-cü toplantısı keçiriləcək. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, tədbirdə ölkəmiz də təmsil olunacaq. Belə ki, Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyası İdarə Heyətinin 13-cü toplantısında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəis müavini Namiq Ağamalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Dünyanın bir sıra ölkələrinin Dəniz Administrasiyaları rəhbərlərinin dəvət edildiyi bu tədbirdə iştirakçılar Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyasının fəaliyyəti, dəniz administrasiyaları və gəmiçiliklərinin işləri ilə tanış olacaq, dəniz nəqliyyatının inkişaf etdirilməsinə dair bir sıra məruzə və çıxışlar edəcək və dinləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
Pərvin ABBASOV

Oxşar yazılar

Bakının bu rayonunda QAZ OLMAYACAQ
2 iyun 2025 , 09:28
Kristal yeniləndi: Yeni ad, yeni loqotip, yeni yanaşma! - VİDEO
31 may 2025 , 19:02
"Azercell"in gənc istedadlara dəstəyi daha bir beynəlxalq uğurla nəticələndi
31 may 2025 , 15:41
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
31 may 2025 , 13:28
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
30 may 2025 , 15:07
"Azercell" “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
30 may 2025 , 14:42
Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu
30 may 2025 , 14:16