İngiltərədən Azərbaycana 90 min baş damazlıq cücə gətirilib
Abşeron rayonunun Zirə qəsəbəsində “Xəmsə” MMC tərəfindən əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış 1,8 mln. manat güzəştli kredit hesabına olmaqla inşa edilmiş, Hollandiya, Türkiyə və İtaliya istehsalı olan müasir avadanlıqlarla təchiz edilmiş, damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsi fəaliyyətə başlayıb.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilib.
Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 milyon ədəd damazlıq yumurta istehsalı mümkün olacaq. İstehsal ediləcək məhsul respublikanın quşçuluq təsərrüfatlarının tələbatının ödənilməsinə yönəldiləcək, eyni zamanda xarici bazarlara çıxarılacaq.
Bu müəssisənin fəaliyyəti respublikanın quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təminatının yaxşılaşdırılmasına, ixrac imkanlarının genişləndirilməsinə, həmçinin 108 yeni iş yerinin açılmasına şərait yaradacaq.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16