MHŞT hesabatları ildə bir dəfə açıqlanacaq
13 noyabr 2010 10:55 (UTC +04:00)

MHŞT hesabatları ildə bir dəfə açıqlanacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

ARDNF-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası MHŞT üzrə 13-cü hesabat (2010-cu ilin ilk 6 ayı) - hökumətin hesabatı və Müstəqil Mühasiblərin Rəyi ilə bağlı öz rəyini açıqlayıb. İclasda Çoxtərəfli Qrupun üzvləri ÇQ-nin 2011-ci il üçün iş planını müzakirə edərək təsdiq ediblər.

İclasda qeyd edilib ki, Azərbaycanda MHŞT-nin tətbiqinin ilkin mərhələsində MHŞT prosesinə inamın yaradılması məsələsindən irəli gələrək il ərzində iki (yarımillik və illik) hesabat açıqlanırdı. Çoxtərəfli Qrup mövcud şəraitdə Azərbaycanda MHŞT-nin tətbiqi sahəsində əldə edilən nailiyyətləri nəzərə alaraq, MHŞT hesabatlarının ildə bir dəfə illik hesabat şəklində açıqlanmasına qərar verib.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar