Sahibkarlar üçün investisiya müsabiqəsi
05 oktyabr 2010 16:49 (UTC +04:00)

Sahibkarlar üçün investisiya müsabiqəsi

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sahibkarlardan müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu 2010-cu ilin 8 noyabrında başa çatacaq. Təklif zərfləri 10 noyabr 2010-cu il tarixdə açılacaq və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq qiymətləndiriləcək.

Maliyyələşdirilməsi barədə qərar qəbul olunan investisiya layihələri 24 noyabr 2010-cu il tarixdə elan olunacaq.

Elxan SALAHOV
# 584

Oxşar yazılar