Azərbaycanla Macarıstan arasında protokol və saziş imzalanıb
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 9-da Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənədi Komissiyanın həmsədrləri - Şahin Mustafayev və Macarıstanın Dövlət Katibi Peter Siyarto imzalayıblar. İclas çərçivəsində Komissiyanın həmsədrləri Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair sazişi imzalayıblar.
Macarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Rüfət Məmmədov Macarıstanın aidiyyəti qurumlarının rəsmiləri ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “İkarus” avtobuslarının istehsal edildiyi “Batta” sənaye parkında, “Hunland KFT” aqrar-sənaye kompleksində, “Dermeyi” makaron məmulatları fabrikində istehsal prosesi ilə tanış olub.
Səfərin sonunda mətbuat konfransı keçirilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13