Vergi orqanlarına işə qəbul üçün müsabiqə elan edildi
06 oktyabr 2012 18:41 (UTC +04:00)

Vergi orqanlarına işə qəbul üçün müsabiqə elan edildi

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə formasında oktyabrın 15-dən noyabrın 11-dək aparılır.
Müsabiqədə iştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.
Sənədləri qəbul edilən namizədlər noyabrın 28-dən dekabrın 1-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissyiasının müəyyən etdiyi yerdə keçiriləcək.
# 2349

Oxşar yazılar