Dövlət Taxıl Fondu üçün tonu 320 manatdan buğda tədarükü elan edildi
06 oktyabr 2012 11:30 (UTC +04:00)

Dövlət Taxıl Fondu üçün tonu 320 manatdan buğda tədarükü elan edildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Abşeron Taxıl MMC”, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen”, “FATOĞLU”, N.Quliyev adına Bakı-Taxıl, “Araz ASC” “Aveta”, “EL” KM və “Neon” firması müəssisələri vasitəsilə cari ilin oktyabr ayının 6-dan noyabr ayının 15-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 320 manat olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə)
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün
bitkilər üçün -13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq -3-cü sinif
buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla
VI. Şüşəvarilik
-3-cü sinif buğda üçün - 40-45% hüdudlarında
VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir
IX. Anbar ziyanvericiləri - yol verilmir

X. Digər əlamətlər -bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.
FHN bildirir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:
“Abşeron Taxıl MMC”: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi,
Tel: 012-342-90-03; 0-70-345-12-18,
“Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1,
Tel: 0115-3-23-21, 0-55-760-35-05; 0-50-382-35-84
“Karat-Holdinq”: Xirdalan şəhəri, Şamaxı şossesi-23,
Tel.: 012-342-09-50, 0-50-223-18-97
“Karmen” MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23,
Tel.: 012-342-59-12.
“FATOĞLU”: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1,
022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20
N.Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə.
Tel. 012-567-00-76; 566-21-72
“Araz ASC”: Zığ şossesi 27,
Tel. 0-50-502-29-08; 012-379-10-29; 012-373-04-89. faks: 012-373-90-00
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6,
tel.: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03
“Neon” firması : Gəncə şəhəri, Ə.Əliyev küç. 3,
tel./faks: 022-57-57-22, 0-50-220-30-27
“EL” KM: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300,
012-346-08-08, 012-346-08-00
# 1062

Oxşar yazılar