Azərbaycan sərhəddəki vəziyyətlə bağlı Rusiyaya müraciət edib
19 sentyabr 2012 18:07 (UTC +04:00)

Azərbaycan sərhəddəki vəziyyətlə bağlı Rusiyaya müraciət edib

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, yaranan bu cür növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur.

“Azərbaycan gömrük orqanları istər sərnişinlərin, istərsə də avtomaşınların dövlət sərhədini keçmə prosesini tez bir zamanda və operativ olaraq həyata keçirir. Mövcud problemin əsas səbəbi Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində avtomobillərin yoxlanılmasına həddən artıq vaxtın sərf edilməsidir. Xüsusilə sərnişin avtobuslarının adıçəkilən məntəqədə yoxlama prosesi 2-3 saat davam edir. Bu da təbii olaraq sərnişinlərin və sürücülərin haqlı narazılığına səbəb olur” – deyə məlumatda bildirilir.

Azərbaycan-Rusiya sərhədində yaranan problemin həlli məqsədilə DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninova rəsmi məktub ünvanlayıb, məsələnin tez bir zamanda araşdırılaraq həll olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsini xahiş edib.
# 1144

Oxşar yazılar