Gəncədə 3-cü Alman-Azərbaycan İqtisadi Forumu keçiriləcək
Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlığın inkişafı üçün ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, yerli sahibkarların xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı xarici ölkələrin Azərbaycana marağını daha da artırıb. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə, həmçinin investisiya ixracatçısı olduğunu bildirən Hüseyn Paşayev iş adamları arasında əlaqələrin genişləndirilməsində işgüzar görüş və biznes forumların əhəmiyyətini vurğulayıb.
Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edən Almaniyanın Reynland-Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golomb ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etdib. Tədbirdə Almaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Volfqanq Mösinger, Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının nümayəndəsi Harald Auqter, Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) İdarə Heyətinin üzvü Əliyar Haşımlı Almaniyanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dilə gətirib, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar. Biznes forumda AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru Vüsal Abbasov təqdimatla çıxış edərək, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə dövlət dəstəyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində xarici və yerli investorlar üçün yaradılmış münbit investisiya mühiti və DAWF ilə əməkdaşlıq haqqında ətraflı məlumat verib. Sonra Mərkəzi və Şərqi Avropa Mərkəzi tərəfindən Reynland-Pfalz əyalətinin iqtisadiyyatına və Alman şirkətlərinin fəaliyyətinə dair təqdimatlar keçirilib. Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
Avqustun 30-da isə Gəncə şəhərində 3-cü Alman-Azərbaycan İqtisadi Forumu keçiriləcək.

Oxşar yazılar

Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30