İnşaat kompleksində 7.1 milyard manat investisiyadan istifadə edilib
15 avqust 2012 13:11 (UTC +04:00)

İnşaat kompleksində 7.1 milyard manat investisiyadan istifadə edilib

İlin əvvəlindən inşaat kompleksində 7.1 milyard manat məbləğində investisiyadan istifadə edilib. İstifadə edilmiş vəsaitin 59.6 faizi və ya 4.2 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27.2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 26.9 faiz artıb.

Əsas kapitala yönəldilmiş vəsaitin 78.8 faizini və ya 5.6 milyard manatını daxili investisiyalar təşkil edib və 34.7 faiz artıb. Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Yeddi ay ərzində ümumi sahəsi 922.0 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilib. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5933.9 milyon manat vəsaitin 3046.7 milyon manatından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462

Oxşar yazılar