"Yuventus"un idman direktoru Mottanın gələcəyi haqda  DANIŞDI
17 mart 2025 15:34 (UTC +04:00)

"Yuventus"un idman direktoru Mottanın gələcəyi haqda DANIŞDI

"Yuventus"un idman direktoru Kristiano Cuntoli baş məşqçi Tiaqo Mottanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, funksioner əmin edib ki, italiyalıya etibar krediti hələ də tükənməyib.

"Tyaqo Motta ilə əməkdaşlığı davam etdirəcəyik, ona güvənirik. Bu vəziyyətdən çıxış yolunu komanda şəklində tapa bilərik.

Bu çətin məqamdır, lakin biz birlikdə irəliləməyə davam edirik, mövqeyimiz dəyişmir”, - Cuntoli bildirib.

Xatırladaq ki, "Yuventus" İtaliya A Seriyasının son turunda "Fiorentina"ya darmadağınla məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar