“Yuventus” axtardığını Britaniyada tapdı
17 may 2022 06:16 (UTC +04:00)

“Yuventus” axtardığını Britaniyada tapdı

“Yuventus” Corco Kyellininin gedişindən sonra müdafiənin mərkəzində yaranacaq boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, “qoca sinyora” bu mövqe üçün axtardığı oyunçunu İngiltərədə tapıb.

Turin təmsilçisi “Arsenal”ın braziliyalı futbolçusu Qabriel dos Santos Maqalyansın transferində maraqlıdır. İtalyanlar 25 yaşlı oyunçunun keçidi üçün “topçular”a 45 milyon funt sterlinq təklif edib. Hazırda klublar arasında danışıqlar davam edir.

# 1077
avatar

Oxşar yazılar