UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”ın ardından “Fənərbaxça” ilə də bağlı son qərarını verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu İstanbulun digər klubunu da avrokubok oyunlarından uzaqlaşdırıb.
Belə ki, Nizam-İntizam Komitəsi “qara qartallar”ı 1 il müddətinə cəzalandırmışdırsa, “Fənərbaxça”ya daha çox “2+1” sxemi ilə avrokubok oyunlarından kənarlaşdırıb.
Bununla bağlı “sarı bülbüllər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.
Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi. UEFA müfəttişi Migel Palasios “Fənər”in növbəti 2 mövsüm Avropa Kuboklarında uzaqlaşdırmasını, klub prezidenti Əziz İldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Əli Yıldırım və Cəmil Turanın isə cəzalanmasını tələb etmişdi.

UEFA “Fənərbaxça”nı da cəzalandırdı
Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19