Təhqir olunan baş məşqçi azarkeşi döydü
28 aprel 2013 19:25 (UTC +04:00)

Təhqir olunan baş məşqçi azarkeşi döydü

 

Aprelin 28-də Topaz Premyer Liqasının 28-ci turunda paytaxtın “Bakı” və Zaqatalanın “Simurq” klubları arasında keçirilən oyundan sonra insident baş verib. Lent.az-ın məlumatına görə, paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra “Simurq” azarkeşlərindən biri əsəblərini cilovlaya bilməyərək, yaxınlığında olan komandanın baş məşqçisi Georgi Çixradzeni təhqir edən ifadələr işlədib. Baş məşqçi təhqirə dözməyərək, azarkeşə hücum edib və onu döyüb. Hadisə polislərin gözü qarşısında baş versə də, onlar insidentə müdaxilə etməyiblər.

 

 

# 1258
avatar

Oxşar yazılar