
Taekvondoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazanıb
Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
63 kq çəki dərəcəsində dayan üzərinə çıxan Məhəmməd Məmmədov mundiala uğurla start verib. O, öncə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub edib. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazanıb – 35:17.
Məmmədov yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib.
Məhəmməd 1/2 finalda iranlı Mirhaşim Husseyni ilə döyüşəcək. Yarımfinal və final qarşılaşmaları isə sabah olacaq.
Məmmədovdan fərqli, bu gün mübarizəyə qoşulan Yaprak Eriş mundialla vaxtından əvvəl vidalaşıb. 57 kq çəki dərəcəsində döyüşən təmsilçimiz ekvadorlu Dayana Seniyə qalib gəlsə də (13:2), ikinci döyüşündə Skilar Parka (Kanada) məğlub olub (14:26).
Qeyd edək ki, sabah Milad Beiqi Harçeqani də (80 kq) dayanq üzərinə çıxacaq.
Oxşar yazılar

“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54