SOCAR Gürcüstan Futbol Federasiyası ilə yeni müqaviləyə qərar verdi
18 yanvar 2013 16:50 (UTC +04:00)

SOCAR Gürcüstan Futbol Federasiyası ilə yeni müqaviləyə qərar verdi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstan Futbol Federasiyası (GFF) və Gürcüstan Şahmat Federasiyası (GŞF) ilə baş sponsorluq müqaviləsini uzadacaq. Bu haqda Lent.az-a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov açıqlama verib.

 

O bildirib ki, 2013-cü ilin sonunadək nəzərdə tutulan yeni anlaşma fevralın 15-dək imzalanacaq. Məmmədov müqavilələrin maddi tərəflərini açıqlamasa da, GFF-ə ödəniləcək vəsaitin əvvəlki illərə nəzərən az olacağını etiraf edib: “Futbol qurumuna verəcəyimiz pulu azaltmaq niyyətindəyik. Şahmat Federasiyasına gəldikdə, verdiyimiz pul əvvəllər də yüksək deyildi”.

 

Qeyd edək ki, Bidzina İvanişvili Gürcüstanın baş naziri seçildikdən sonra SOCAR-ın Gürcüstandakı layihələrinə problemlər yaratmağa başlamışdı. Mahir Məmmədov isə ötən ilin sonlarında Lent.az-a açıqlamasında GFF-lə yeni müqavilənin bağlanıb-bağlanmamasına İvanişvilinin Azərbaycana səfərindən sonra qərar veriləcəyini bildirmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384
avatar

Oxşar yazılar