Sneyder “Qalatasaray”da: ilinə 5, 3 milyon, hər oyundan da sonra 25 min avro
12 yanvar 2013 16:07 (UTC +04:00)

Sneyder “Qalatasaray”da: ilinə 5, 3 milyon, hər oyundan da sonra 25 min avro

Türkiyənin “Qalatasaray” klubu İtaliya “İnter”inin və Hollandiya milli komandasının futbolçusu Uesli Sneyderlə tam razılığa gəlib. Lent.az-ın “Ntvspor”a istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanacaq.

 

O, ildə 5,3 milyon avro, hər oyunu qarşılığında isə 25 min avro əmək haqqı alacaq. Sneyderin bu gün və ya sabah İstanbula gələrək, rəsmi anlaşmaya imza atacağı gözlənilir.

 

Qeyd edək ki, 9 iyun 1984-cü ildə anadan olan Uesli Sneyder futbola Hollandiyanın “Ayaks” klubunun məktəbində başlayıb. Onun atası və qardaşları da futbolçudur. 2003-cü ildə “Ayaks”ın əsas komandasına seçilən Sneyder 1 dəfə Hollandiya çempionu, 2 dəfə bu ölkənin kubokunu qazanıb. O, 30 oyunda 18 qol vurduğu 2006-2007-ci il mövsümünün ardından 27 milyon avroya İspaniya “Real Madrid”inə keçib. 2 il sonra isə bu futbolçu İtaliya “İnter”inə yollanıb. Sneyder 2003-cü ildən Hollandiya milli komandasına çağırılır. Yarımmüdafiəçi yığmada 90 oyuna 24 qol vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1961
avatar

Oxşar yazılar