
Şəhriyar Məmmədyarov dünya ikincisi oldu
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışda 8-ci turun oyunları keçirilir.
Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu məğlubiyyətlə başa çatdırıb.
O, qara fiqurlarla oynadığı partiyada əsas izləyicisi Aniş Qiri ilə üz-üzə gəlib. “Şah” 32-ci gedişdə təslim olub.
Bu nəticədən sonra 5,5 xalda qalan Məmmədyarov ikinci pilləyə geriləyib. Aniş Qiri (Hollandiya) isə liderliyə yüksəlib.
9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.
Qeyd edək ki, Ş. Məmmədyarov hazırda dünya şahmat reytinqində ikinci yerdədir. O, 2817.5 xalla dünya birincisi Magnus Karlseni izləyir. Karlsenin hazırda 2835.4 xalı var.
Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24