Ruslan Abışov “Rubin”də olub
15 yanvar 2013 18:08 (UTC +04:00)

Ruslan Abışov “Rubin”də olub

Rusiyanın “Rubin” klubu Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışovla bağlı xəbərlərə aydınlıq gətirib. Kazan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov Lent.az-a açıqlamasında Abışovun hazırda komandanın düşərgəsində olmadığını bildirib.

 

O qeyd edib ki, 26 yaşlı müdafiəçi yalnız ötən ilin yayında “Rubin”də baxışda olub. Bu barədə komandanın baş məşqçisi Kurban Berdıyev də bir neçə ay öncə açıqlama verib. Amma Türkiyənin Antalya şəhərində keçirilən hazırkı təlim-məşq toplantısı müddətində “qırmızı-yaşıllar”ın düşərgəsinə belə bir futbolçu gəlməyib: “Bu gün Berdıyev rəsmi saytımıza müsahibəsində komandada olan futbolçuların hamısını açıqlayıb. Onların arasında Abışov yoxdur. Əgər belə bir futbolçu düşərgəmizə gəlsə, komandamızdakı gələcək taleyindən asılı olmayaraq, dərhal ictimaiyyəti məlumatlandıracağıq”.

 

Qeyd edək ki, bəzi mətbu orqanlar Ruslan Abışovun “Rubin”lə tezliklə müqavilə bağlayacağını iddia edir.        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar