Rumıniya yığmasının futbolçusu Azərbaycandan təklif alıb
16 yanvar 2013 11:04 (UTC +04:00)

Rumıniya yığmasının futbolçusu Azərbaycandan təklif alıb

Rumıniyanın “Dinamo” (Buxarest) komandasının futbolçusu Kristian Pulhak Azərbaycandan sərfəli təklif alıb. Lent.az-ın “prosport.ro”ya istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçi Ukraynanın “Metallurq” (Donetsk) və adı açıqlanmayan klubumuz arasında seçim etməli olacaq.

 

O, “Metallurq”la şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb. Anlaşmaya əsasən, Pulhak Donetsk klubundan 2,5 illik müqavilə qarşılığında ildə 200 min avro qazanacaq. “Dinamo” rəhbərliyi isə onu havayı buraxmağa şifahi razılıq verib, əvəzində futbolçuya olan əmək haqqı borcları silinəcək.   

 

Pulhakın özü Ukraynaya yollanmağa meylli olsa da, Azərbaycandan yekun cavab gözləyir. Klubumuzun ödəməyə hazır olduğu məbləğ isə açıqlanmır.

 

Qeyd edək ki, Kristian Pukhak 3 dəfə Rumıniya milli komandasına da çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar