Ronaldudan azərbaycanlı gənc futbolçuya hədiyyə
14 yanvar 2013 22:42 (UTC +04:00)

Ronaldudan azərbaycanlı gənc futbolçuya hədiyyə

Futbol üzrə Portuqaliya millisi və İspaniya «Real»ının aparıcı oyunçusu Kriştianu Ronaldu «Bakı» futbol klubunun hücumçusu, 19 yaşlılar arasında Azərbaycan millisinə namizəd Valeh Seyidova öz imzası ilə fotosunu göndərib.

 

Lent.az-ın məlumatına əsasən, şəkil Portuqaliya Futbol Federasiyası vasitəsi ilə Azərbaycan Futbol Federasiyasına, oradan isə ünvanına çatdırılıb.

 

Portuqaliya Futbol Federasiyasının idman direktoru bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bu vaxt o, «Bakı»-nın təlim-məşq bazasına baş çəkib. O, 17 yaşlılar arasında oyun zamanı Valeh Seyidovun Ronaldusayağı «fintlə» qolunun görüntüsünü izləyib. Direktor bildirib ki,  Portuqaliyaya qayıtdıqdan sonra bunu Ronalduya danışıb. Məşhur futbolçu da sözügedən hədiyyəni Valeh Seyidova göndərib.

 

Qeyd edək ki, Portuqaliya bu ilin martında 2014-cü ildə futbol üzrə dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.

 

Prineylilər səfər zamanı «Bakı»-nın bazasında məskunlaşacaq. Direktorun sözlərinə görə, onda Ronaldunun Valeh Seyidovla şəxsən görüşəcəyi də nəzərdə tutulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4646
avatar

Oxşar yazılar