Rodriginyo “Neftçi”də rus dilini öyrənib
08 yanvar 2013 17:09 (UTC +04:00)

Rodriginyo “Neftçi”də rus dilini öyrənib

Braziliyanın “Sport” klubu ilə 2 illik müqavilə bağlayan “Neftçi”nin sabiq futbolçusu Rodriginyo Azərbaycandakı karyerası barədə danışıb. Lent.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində flaqmanı tərk etməsini zədə ilə əlaqələndirib.

 

O deyib: “Mən “Neftçi”yə 2011-ci ilin yanvarında keçdim. Lakin həmin ilin avqustunda zədələndim. 6 ay yaşıl meydanlardan kənarda qaldıqdan sonra komandaya qayıtdım. Yanvarda müqaviləm başa çatdığı üçün göndərməyi qərara aldılar”.

 

Bununla belə, Rodriginyo ölkəmizdə olduğu vaxt bir qədər rusca danışmağı öyrənib: “Klubda  tərcüməçi vardı. Lakin şəhərə çıxanda insanların rusca danışdıqlarına şahid olurdum. Bu dil orada Azərbaycan dilindən daha nüfuzludur”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar