Ramin Musayev: “Oğlumun “Qarabağ”a keçidində heç bir rolum olmayıb”
14 yanvar 2013 14:31 (UTC +04:00)

Ramin Musayev: “Oğlumun “Qarabağ”a keçidində heç bir rolum olmayıb”

Ağdamın “Qarabağ” klubu mövsümün ilk yarısını Bakının “Rəvan” komandasında keçirmiş 2 futbolçunu heyətinə qatıb. Lent.az-ın məlumatına görə, bunlar argentinalı Kristian Torreslə yerli oyunçu Elvin Musazadədir.

 

Hər iki oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lakin “Qarabağ” Torresi müəyyən məbləğ qarşılığında transfer etdiyi halda, Musazadəni azad agent kimi cəlb edib. Oyunçularla 1,5 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Elvin Musazadə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin oğludur. Musayev Lent.az-a açıqlamasında oğlunun “Qarabağ”a keçidində heç bir rolunun olmadığını bildirib: “Mən oğlumun futbolçu olmasını istəmirəm. Amma özü oynamaq istəyir. Mən onun keçidində vasitəçi olsaydım, əvvəllər çıxış etdiyi və uzun müddət münasibətdə olduğum “Neftçi”də saxlayardım. Elə danışanların ...”  

 

Onu da deyək ki, “Qarabağ”ın yarımmüdafiəçisi Emin Mustafayev əks düşərgəyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1991
avatar

Oxşar yazılar