Qafqaz ölkələri “Birlik Kuboku”ndan imtina etdi
28 dekabr 2012 12:51 (UTC +04:00)

Qafqaz ölkələri “Birlik Kuboku”ndan imtina etdi

2013-cü il yanvarın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək futbol üzrə “Birlik Kuboku”nun təqvimi açıqlanıb. Lent.az-ın məlumatına görə, gənclərdən ibarət yığmaların turnirinə postsovet məkanından 12 ölkə yığması qatılacaq.

 

Onların arasında Qafqaz ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan təmsil olunmur. Əvəzində Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya yarışda oynamağa razılıq verib. Turnir yanvarın 27-dək davam edəcək.

 

Qeyd edək ki, “Birlik Kuboku” əvvəllər keçmiş SSRİ respublikalarının klubları arasında keçirilib. Sonuncu dəfə klublararası turnirin qalibi 2011-ci ilin yanvarında Bakı “İnter”i olub.

# 883
avatar

Oxşar yazılar