Portuqaliya Azərbaycana görə İsrailin təklifini rədd etdi
18 yanvar 2013 18:59 (UTC +04:00)

Portuqaliya Azərbaycana görə İsrailin təklifini rədd etdi

Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu İsrail Futbol Federasiyasının təklifini rədd edib. Lent.az-ın məlumatına görə, Bentu İsrail yığması ilə səfərdə oynayacaqları 2014-cü il dünya çempionatının seçmə qrup qarşılaşmasının martın 22-dən başqa tarixə keçirilməsinə razı olmayıb.

 

O, səbəb kimi komandasının hazırlıq qrafikinin gərginliyini göstərib. Çünki həmin oyunun ardından Portuqaliya yığması Bakıya gələcək. Pireneylilər “Bakı” klubunun təlim-məşq bazasında məskunlaşaraq, Azərbaycan millisi ilə martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəkləri qarşılaşmaya hazırlaşacaqlar. Bentu qərarını dəyişməsə, oyun yerli vaxtla saat 15:00-da başlamalıdır.

 

Qeyd edək ki, İsrail millisi yəhudi şənbəsinin daxil olması, yəni ilk ulduzun doğuşu ilə əlaqədar cümə günü axşam saatlarında oynaya bilməyəcək. Amma İsrail Futbol Federasiyası Portuqaliya yığması ilə görüşün ümumiyyətlə, həmin gün keçirilməməsini istəyirdi. Görüş Ramat-Qan şəhərindəki Milli Stadionda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar