Polşa yığmasının futbolçusu Azərbaycandan təklif alıb
19 yanvar 2013 12:32 (UTC +04:00)

Polşa yığmasının futbolçusu Azərbaycandan təklif alıb

Polşa milli komandasının futbolçusu Arkadiuş Pix karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçunun götür-qoy etdiyi çoxsaylı təkliflər arasında klublarımıza keçmək variantı da var.

Son 3 ili “Rux”da keçirən Pix hazırda Türkiyənin “Sivasspor” klubu ilə fəal danışıqlar aparır. Lakin hücumçu Azərbaycan, Çin. Almaniya, Fransa və Bolqarıstandan aldığı təkliflərə də cavab verməkdə çətinlik çəkir.

Qeyd edək ki, Arkadiuş ölkəsinin əsas yığmasında 3 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar