Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanqla maraqlanan nəhəng klubların sayı artır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Çelsi” də ulduz futbolçu uğrunda mübarizəyə qoşulub.
Romelu Lukakunun “Mançester Yunayted”ə keçidindən sonra diqqətini Obameyanqa yönəldən “zadəganlar” transferlə bağlı Bundesliqa təmsilçisi ilə danışıqlara başlayıb. Londonlular ilk görüşdə qarşı tərəfə 70 milyon avro təklif ediblər. “Çelsi”nin baş məşqçisi Antonio Kontenin israrla ixtiyarında görmək istədiyi Qabon millisinin üzvü də komandasını dəyişmək niyyətində olduğunu gizlətməyib.
Qeyd edək ki, Obameyanqla həmçinin “Milan”, PSJ və “Real” da maraqlanır.