Nazir MDB çempionatı haqda sərt danışdı
29 dekabr 2012 15:14 (UTC +04:00)

Nazir MDB çempionatı haqda sərt danışdı

Rusiyanın idman naziri Vitali Mutko MDB çempionatı ideyasını şərh edib. Lent.az-ın məlumatına görə, nazir “Rossiya 2”yə müsahibəsində bildirib ki, təşkilatçıların enerjisini daha konstruktiv istiqamətə yönəltmək olar.

 

Mutko deyib: “Nazirliyimiz Rusiya Futbol İttifaqına hər cür dəstək verəcək. İstərdik ki, Rusiya futbolu daxilində ümumi baxış, inkişaf proqramı, konsepsiya yaransın. Futbola maraq azalır, MDB çempionatı kimi yalan söhbətlər ortaya atılır. Bu turniri müzakirə etmək üçün onun konsepsiyasını da görmək lazımdır. O isə yoxdur”.

 

 

Nazirin fikrincə, bu çempionat kommersiya turniri statusu alsa, təqvimdən kənar istədikləri kimi oynaya bilərlər. Lakin heç vaxt milli federasiyalar bu turnirin Avropa kuboklarında kvota almasına razı olmayacaqlar: “Bizim hər bir aparıcı klubumuz Avropa arenasında 12-16 oyun keçirə, “Barselona” və ya “Real”la qarşılaşa bilər. Bax, buna çalışmaq lazımdır. Məqsəd Rusiya çempionatını maraqlı etmək, şaxtada oynamamaqdır. MDB çempionatı kimi turnirlərin təşkilatçıları futbolda nəhəng mütəxəssis olduqlarına əmindirlərsə, onları məhz belə işləri görməyə çağırıram. Biz, milli çempionatı dəstəkləyəcək, öz futbolumuzu inkişaf etdirəcəyik”.

# 1105
avatar

Oxşar yazılar