Mourinyo ticarət mərkəzində müştərini döyüb
12 yanvar 2013 12:08 (UTC +04:00)

Mourinyo ticarət mərkəzində müştərini döyüb

İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo yenə qalmaqal törədib. Lent.az-ın “lne.es” saytına istinadən verdiyi məlumata görə, bu dəfə portuqaliyalı mütəxəssis Madridin ticarət mərkəzlərindən birində əsəblərini cilovlaya bilməyib.

 

Obyekt əməkdaşlarından biri baş verənlər barədə danışıb: “O, mənim işlədiyim ticarət mərkəzinə gəldi. Müştərilərdən biri öz mobil telefonu ilə baş məşqçini çəkdi. Əvəzində Mourinyo onu təpiklə vurdu və telefonunu aldı. Sonra isə müştərimizin telefonunun da götürüb gözdən itdi. Mourinyonu yaxaladılar və müvafiq orqanları məlumatlandırdılar”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159
avatar

Oxşar yazılar