Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun oynayacağı klubun adı açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu klub Türkiyənin birinci liqasında çıxış edən “Karşıyaka”dır.
Məlumata əsasən, 31 yaşlı futbolçumuzun bu komandada oynamasını şəxsən baş məşqçisi Yusuf Şimşək istəyib.
Qeyd edək ki, son mövsümü “Neftçi”də keçirən Şükürov başa çatan müqaviləsini yeniləməyib. O, hazırda azad agent statusu daşıyır.